XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” reytinq cədvəlində 7 pillə irəlilədi
İdman 15:26 / 22.01.2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. 500-dən artıq komandanın yer aldığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub.

Hesabında 139 xal olan Ağdamın "Qarabağ” klubu 7 pillə irəliləyərək 78-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın "Gent” klubu 114 xalla 109-cu pillədə qərarlaşıb.

"Neftçi” və "Zirə”nin də reytinqdə irəliləyiş müşahidə olunub. "Neftçi” 66,5 xalla 290-cı, "Zirə” isə 50,2 xalla 478-ci yerə yüksəliblər.

Reytinq cədvəlinə 299 xalla Braziliyanın "Flamenqo” komandası başçılıq edir. "Palmeyras” (Braziliya) 284 xalla ikinci, İngiltərənin "Liverpul” komandası 273 xalla ilk üçlüyü tamamlayıblar.


29251 oxunub

InvestAZ