XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Onlayn məşqçilik kurslarına start verilib
İdman 10:54 / 22.01.2023

Bədii gimnastika üzrə 1-ci səviyyə üçün onlayn məşqçilik kurslarına start verilib. Məşqçilər onlayn kursları və imtahanları uğurla başa vurduqdan sonra elektron qaydada dinləyici sertifikatı əldə edəcəklər. Daha sonra məşqçilik kurslarının nəzəri və təcrübi tədris hissəsinin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, AGF-in tədris saytı ötən il federasiyasının İcra Komitəsinin qərarına əsasən istifadəyə verilib.

Sayt vasitəsilə məşqçilər gimnastika növləri (bədii gimnastika, kişi və qadın idman gimnastikası, batut gimnastikası, tamblinq, akrobatika və aerobika) üzrə məşqçilik kurslarından onlayn qaydada qeydiyyatdan keçərək tədris materialları ilə tanış ola, daha sonra imtahan verə bilərlər.

Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir.


25433 oxunub

InvestAZ