XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan ilə Malayziya arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
İdman 10:02 / 19.01.2023

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşüb.

Qonağı salamlayan F.Qayıbov ölkəmizdə son illər idman sahəsində görülən işlər, dövlət idman siyasətinin icrası və qazanılan nəticələr barədə məlumat verib.

Səmimi görüşə görə minnətdarlığını bildirən N.Zəkəriyyə idman sahəsində əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini qeyd edib. Görüş zamanı idman sahəsində qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşqlər və digər məsələlər müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva, idman şöbəsinin müdiri Elnur Məmmədov, Malayziya Gimnastika Federasiyasının baş katibi Afrita Nasril və Malayziyanın Azərbaycandakı səfirliyinin müşaviri Mardiana Binti Mohamed Rohani iştirak ediblər.


25925 oxunub

InvestAZ