XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



16 ölkənin gimnastları paytaxtımıza gələcək
İdman 11:14 / 18.01.2023

Azərbaycan Gimnastika Federasiyası (AGF) bu ilin fevralından yerli və beynəlxalq yarışlar mövsümünə start verir. Fevralın 18-19-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışı keçiriləcək.

Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.



23485 oxunub

InvestAZ