İdman 11:55 / 16.01.2023
Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi keçirilib.
Yarışın təşkilində əsas məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla anılması, uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin formalaşması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin idmanın kütləviliyinin təmin edilməsindən ibarət olub.
10 çəki dərəcəsində 50-ə yaxın idmançının mübarizə apardığı və iki gün davam edən yarış olduqca gərgin və mübarizə şəraitində keçib. Yarışda qalib gələn idmançılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü