XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Heydər Əliyev İli” münasibətilə ağırlıqqaldırma yarışı keçirilib
İdman 10:47 / 16.01.2023

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ili "Heydər Əliyev İli” elan etməsi xalqımız tərəfindən əlamətdar hadisə kimi qarşılanıb. Respublikamızın müxtəlif bölgələrində bu münasibətlə müxtəlif səpkili tədbirlər təşkil olunur. Lənkəranın "Zirvə” İdman Klubunda keçirilən ağırlıqqaldırma üzrə yeniyetmələr arasında açıq rayon turniri də bununla bağlı olub. Belə ki, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyində mütərəqqi fəaliyyətini nəzərə çatdırmaq, yeniyetmələrə vətənpərvərlik hissini aşılamaq, ağırlıqqaldırma idman növünü təbliğ və inkişaf etdirmək, eləcə də rayonda perspektivli idmançıları üzə çıxartmaq məqsədini daşıyırdı.

Tədbirin rəsmi açılışında çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə ulu öndər Heydər Əliyevin siyasi xadim kimi dövlətimizə, xalqımıza göstərdiyi xidmətlərindən, idmana olan diqqət və qayğısından danışıb. O, Heydər Əliyevin siyasi kursunun müasir dövrdə Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin hər bir guşəsində idmanın inkişafı üçün geniş şərait yaradıldığını qeyd edib.

Rəsmi açılışdan sonra turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Məmməd Məmmədov turnirin keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verib və yarışa start verilib.

45 idmançının iştirak etdiyi turnirdə ilk üç yeri tutan idmançılar Gənclər və İdman İdarəsinin müvafiq diplom və medalları ilə təltif olunublar.


36765 oxunub

InvestAZ