XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Real” İspaniya Superkubokunun finalına vəsiqə qazandı
İdman 10:44 / 12.01.2023

Futbol üzrə İspaniya Superkubokunda ilk yarımfinalçının adına aydınlıq gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki "King Fahd International Stadium” arenasında keçirilən oyunda Madridin "Real” klubu "Valensiya” ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Real”ın heyətində on bir metrlik cərimə zərbəsindən Benzema (39), "Valensiya”nın heyətində isə Lino (46) fərqləniblər.

Oyun heç-heçə başa çatdığından matçda əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da qapılara qol vurulmayıb və qalibi müəyyən etmək üçün penaltilər yerinə yetirilib. Burada daha dəqiq olan "Real” futbolçuları İspaniya Superkubokunun ilk finalçısı olublar.


24360 oxunub

InvestAZ