XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bölgə gimnastları Bakıda hazırlıq keçirlər
İdman 10:04 / 12.01.2023

Qax, Zaqatala, Şamaxı və Zabratdan olan bədii gimnastlar Milli Gimnastika Arenasında təlim-məşq toplanışında iştirak edirlər. Yanvarın 14-dək davam edəcək məşqlərə ümumilikdə 8 idmançı qatılıb.

İdmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq və alət texnikası üzrə məşqlər keçirilir. Bununla yanaşı, mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir.

Qeyd edək ki, Zabrat idman klubunda 2016-cı, Zaqatala Talaçay Kompleksi və Qax Olimpiya İdman Kompleksində 2019-cu, Şamaxı Olimpiya İdman Kompleksində isə 2021-ci ildən gimnastika bölmələri fəaliyyət göstərir.


24634 oxunub

InvestAZ