XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“UNEC” klubunun rəhbərliyindən federasiyaya müraciət
İdman 08:23 / 12.01.2023

UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb. Müraciətdə komandanın səkkiz oyunçusunun qrip və yüksək hərarətdən əziyyət çəkdiyi bildirilir: "Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də "Murov” klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun”.

Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi "Murov” – "UNEC” qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl”–"Abşeron” qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.


23864 oxunub

InvestAZ