XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Naxçıvan Güləş Federasiyasının sədri Əməkdar məşqçi adına layiq görülüb
İdman 13:12 / 10.01.2023

Naxçıvan Güləş Federasiyasının (NGF) sədri Faiq İsgəndərov fəxri ada layiq görülüb. Gənclər və İdman Nazirliyindənverilən məlumata görə, F.İsgəndərov "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülüb.

2022-ci ilin dekabrında Azərbaycanı nüfuzlu beynəlxalq turnirlərdə uğurla təmsil edən idmançıları qəbul edən nazir Fərid Qayıbovla görüşdə iştirak edənlər arasında Faiq İsgəndərovla yanaşı, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı da olub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, "Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına, "Respublika dərəcəli hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqələr təqdim olunub.

Qeyd edək ki, 25 ilə yaxındır güləşlə məşğul olan Faiq İsgəndərov idmançı kimi Azərbaycan birinciliyinin qalibi, beynəlxalq turnirlərin mükafatçısıdır. 2009-cu ildə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyətə başlayıb, 2015-ci ildən etibarən məktəbin direktoru vəzifəsini icra edir. O, 2015-2022-ci illərdə NGF-nin sədr müavini kimi fəaliyyət göstərib.


31849 oxunub

InvestAZ