XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənclər və idman naziri beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
İdman 08:33 / 10.01.2023

Gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb. Bu görüşlər ənənəvi olaraq hər ay keçirilir.

Tədbirdə Fərid Qayıbov qeyd edib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Qazandıqları nailiyyətlər münasibətilə onları təbrik edən nazir, yeni ildə böyük qələbələr arzulayıb. Qazax güləşi, uşu, xüsusi olimpiyanın atletika, qaçış və tullanma idman növlərinin təmsilçiləri çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər.

Tədbirdə, həmçinin Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, "Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına, "Respublika dərəcəli hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqələr təqdim edilib.


28583 oxunub

InvestAZ