İdman 13:24 / 09.01.2023
Son illər Lerikdə idmana olan maraq, dövlət tərəfindən göstərilən diqqət və qayğı öz nəticəsini verir.Respublika və beynəlxalq arenalarda müxtəlif idman növləri üzrə keçirilən yarışlarda lerikli idmançıların qələbə soraqları tez-tez eşidilir. Bu yaxınlarda Ağır Atletika Akademiyasında qadınlar, kişilər və veteranlar arasında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku yarışında rayon idmançılarıdaha bir uğura imza atıblar. Qalib idmançılarlaLerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında görüş keçirilib. Görüşdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov idmançıları təbrik edərək onlara yeni uğurlar arzulayıb. "Ölkəmizdə idmana olan dövlət qayğısı, bu sahədəqazanılan uğurlu nəticələr bizi çox sevindirir.İdman sahəsi respublikamızda yüksələn xətlə inkişaf edir. Ağır Atletika Akademiyasında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku yarışında lerikli idmançıların çıxışı uğurlu olub. Belə ki,100-dən çox atletin iştirak etdiyi yarışda komandamızın üzvü Füqan Əliyev 81 kq çəki dərəcəsində qızıl medal qazanıb. Digər 3 idmançımız isə müxtəlif çəki dərəcələrində 3-cü, 4-cü və 5-ci yerləri tutublar. Qalibidmançılar adından ölkədə idmanın inkişafına, idmançılara göstərilən əvəzsiz qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”, - deyə Əkbər Abbasov bildirib.
Daha sonra çıxış edən atlet Füqan Əliyev və məşqçi Elvin Mirzəyev isə onlara göstərilən diqqət və qayğıya görə razılıq edərək, gələcək yarışlarda uğurlarınsayını daha da artırmağa söz veriblər.
Sonda idmançılara və məşqçi Elvin Mirzəyevə rayon icra hakimiyyətinin fəxri fərman və təşəkkürnamələri təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü