XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Neftçi İdman Klubu”nda 2022-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib - FOTO
İdman 12:15 / 09.01.2023

"Neftçi İdman Klubu”nda 2022-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edib və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Ardınca klubun baş meneceri Elmar Babanlı çıxış edərək qurumun il ərzindəki fəaliyyəti və qazandığı uğurlar haqda ümumi məlumat verib. Daha sonra klubun idman qurğularının rəhbərləri, müxtəlif idman növləri üzrə baş məçqçilər və idarəetmə aparatının məsul şəxsləri çıxış ediblər.

Məlumat verilib ki, 2022-ci il ərzində "Neftçi İdman Klubu”nun atletləri böyük əzmkarlıq nümayiş etdirərək 933 medala sahib olublar ki, onlardan da 335-i qızıl, 262-si gümüş, 336-sı isə bürüncdür. Bu medallardan 46-sı (12 qızıl, 16 gümüş, 18 bürünc) dünya çempionatlarında, 93-ü (31 qızıl, 22 gümüş, 40 bürünc) Avropa çempionatlarında, 23-ü (14 qızıl, 6 gümüş, 3 bürünc) V İslam Həmrəyliyi Oyunlarında, 5-i (4 qızıl,1 gümüş) isə IV Dünya Köçəri Oyunlarında əldə olunub.



28667 oxunub

InvestAZ