XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşdi
İdman 12:24 / 08.01.2023

Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. Yanvarın 12-də kişi voleybolçular arasında Yüksək Liqada birinci dövrənin növbəti oyunları keçiriləcək. Həmin gün baş tutacaq ikinci tura saat 16:00-da "Neftçi” - "Xarı bülbül” görüşü ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK və "Murov” qarşılaşması keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Yanvarın 13-də isə qadın voleybolçular arasında Yüksək Liqada ikinci turun oyunlarına start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da "Azərreyl” və "Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra "Murov” - UNEC dueli start götürəcək.

Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış "Xarı bülbül” və "Murov” turnir cədvəlində 1-2-ci yerdə qərarlaşıblar. "Neftçi” və MOİK- isə hələ xal qazanmayıblar.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında isə birinci turdan sonra hərəyə 3 xal qazanmış "Azərreyl” və "Murov” turnir cədvəlinə liderlik edirlər. "Abşeron” və UNEC isə turu xalsız başa vurublar.


30212 oxunub

InvestAZ