XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



NTD vahid lider oldu
İdman 08:21 / 09.01.2023

Azərbaycan Basketbol Liqasında XII turun oyunları keçirilib. Turun açılış oyununda "AAAF Xırdalan” və "Sərhədçi” komandaları üz-üzə gəliblər. "Sərhədçi” İdman Mərkəzində keçirilən matçda qalib əlavə vaxtda müəyyənləşib. "Sərhədçi" basketbolçuları matçdan 78:75 hesablı qələbə ilə ayrılıblar.

Turun növbəti oyunu çempionatın liderləri sayılan "Sabah” və NTD komandaları arasında keçirilib. Oyunun sonunda geri dönüş edən NTD basketbolçuları rəqibi üzərində 79:75 hesablı qələbə qazanaraq çempionatın vahid lideri olublar.

Günün digər oyununda "Neftçi” və "Gəncə” basketbolçuları üz-üzə gəliblər. Bərabər mübarizə şəraitində davam edən oyunun yekunda paytaxt klubu rəqibi üzərində 81-78 hesablı qələbə qazanıb.

Turun bağlanış oyunu yanvarın 8-də Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara” və "Olimpik Şəki” komandaları arasında keçirilib. Oyun meydan sahiblərinin 85:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ABL-də 13-cü turun oyunları yanvarın 11, 14 və 15-də keçiriləcək.


24959 oxunub

InvestAZ