XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ənənəvi “Arpachay Open” turnirində 10-a yaxın ölkənin karateçiləri qüvvələrini sınayacaqlar
İdman 14:53 / 05.01.2023

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək. Turnir yanvarın 20-22-də Gənclər və İdman Nazirliyinin dəstəyi, "Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək ənənəvi turnirdə 10-dək ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən çox idmançının iştirakı gözlənilir. Yarışın təntənəli açılış mərasimi yanvarın 21-də olacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar.


24508 oxunub

InvestAZ