XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: “Sevindirici haldır ki, ili uğurla və sabaha inamla başa vururuq”
İdman 15:19 / 29.12.2022

"Sevindirici haldır ki, ili uğurla və sabaha inamla başa vururuq". Bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində bildirib.

O, uğurlar və yeniliklərlə zəngin daha bir ili geridə qoyduqlarını vurğulayıb: "Dekabr həm də hesabat ayı olduğundan nöqteyi-nəzərimizin ilin idman yekunlarına fokuslanması təbiidir. Beynəlxalq yarışların sayı az olsa da, dekabrda idmançılarımız 30-dək medal qazandılar. Ümumilikdə isə il ərzində Azərbaycan idmançıları təkcə rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal əldə ediblər".

F.Qayıbov il ərzində həm gənclər, həm də idman sahəsində kifayət qədər uğurlar əldə etdiklərini diqqətə çatdırıb: "Bu təbii ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları və daimi dəstəyi sayəsində mümkün oldu. "Şuşa ili” çərçivəsində bu il qədim mədəniyyət paytaxtında bir sıra beynəlxalq və yerli tədbirlərimiz oldu. 2023-cü il ölkəmizdə "Heydər Əliyev ili” elan olunub. Gənclərə və idmançılara ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, növbəti ildə də qələbələr arzulayıram. Fürsətdən istifadə edərək, hər birinizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm".


24681 oxunub

InvestAZ