XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Niderlandlı pilot mövsümün ən yaxşısı seçildi
İdman 11:33 / 29.12.2022

Niderlandlı Formula 1 pilotu Maks Ferstappen mövsümün ən yaxşı pilotu seçilib.Son iki dünya çempionatının qalibi olan "Red Bull” sürücüsünə bu dəfə Formula 1 komandalarının rəhbərləri etimad göstəriblər.

Niderlandlı pilot bu günlərdə keçirilən sorğuda 207 xal toplayıb.Ondan 73 xal az geri qalan "Ferrari”nin üzvü Şarl Lekrler ikinci yeri tutub. "Mercedes”i təmsil edən Corc Rassell isə 127 xalla üçüncü yerə sahib çıxıb.

Səsvermədə dünya çempionlarından Luis Hamilton dördüncü, Fernando Alonso səkkizinci, Sebastyan Fettel isə onuncu olublar.


29738 oxunub

InvestAZ