XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mini su polosu üzrə turnir başa çatdı
İdman 11:25 / 27.12.2022
Su İdman Sarayında "BAKU WINTER CUP – 2022” mini su polosu turnirinə yekun vurulub. Yarışlar Bakıdakı Rus Evinin dəstəyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Qarabağ” vaterpol klubunun təşkilatçılığı ilə keçirilib.

Yarışlarda 12-15 yaş arası yeniyetmələr iştirak edib.

Turnirin "Ən yaxşı müdafiəçi”, "Ən yaxşı hücumçu” və "Ən yaxşı qapıçı”sına Rus Evi tərəfindən xatirə hədiyyələri təqdim edilib.

Yarışların yekunu üzrə birinci yerə "SKA” komandası, ikinci yerə "145 qrup” kollektivi, üçüncü yerə isə "RYIUM” komandası layiq görülüb.

29046 oxunub

InvestAZ