XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qadın voleybolçular arasında I Liqa yarışlarına start verildi
İdman 22:30 / 25.12.2022

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatı 2022/2023 illər mövsümü üzrə I Liqa yarışlarına start verilib. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan yarışın ilk günündə üç oyun keçirilib. I Liqanın açılış matçında "Dinamo” "Queens” komandası ilə qarşılaşıb. Ardınca "Qarabağ” "Lokomotiv”i, "Ryuqa” "Murov-2”ni sınağa çəkib. Günün qalibləri "Dinamo”, "Qarabağ” və "Murov-2” komandaları olublar.

Qeyd edək ki, birincilikdə 16 klub - "Azərreyl-2”, "Abşeron-2”, "Xarı bülbül”, "Queens”, "Azəri”, "Dinamo”, "Şəki”, "Sumqayıt”, "Xəzri”, "Qarabağ”, "Aura”, "Murov-2”, "Lokomotiv”, "Ryuqa”, "İlkin”, "Qusar” komandaları çıxış edir.

A qrupu: - "Azərreyl-2”, "Abşeron-2”, "Xarı bülbül”, "Queens”, "Azəri”, "Dinamo”, "Şəki”, "Sumqayıt”

B qrupu: "Xəzri”, "Qarabağ”, "Aura”, "Murov-2”, "Lokomotiv”, "Ryuqa”, "İlkin”, "Qusar”

Reqlamentə əsasən komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparır. Ardınca pley-off mərhələsi keçiriləcək.


27436 oxunub

InvestAZ