XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycanda ilk dəfə NGF peşəkar MMA və kikboksinq gecəsi
İdman 08:10 / 26.12.2022

Azərbaycan Boks Federasiyasının arenasında "Zabit Samedov Fight Club” tərəfindən ölkəmizdə ilk dəfə "New Generation Fighting - NFG” (Yeni Nəsil Doyüşü) peşəkar MMA və kikboksinq gecəsi keçirilib.

Tədbirin açılış mərasimində Zabit Səmədov qonaqları yeni layihə haqqında məlumatlandırıb və döyüşçülərə uğurlar arzu edib.

Yarışda 11 döyüş keçirilib. Mübariz Səmədov (kikboksinq), Vahid Ələkbərov (MMA), Taleh Əliyev (kikboksinq), Elxan Həsənov, Fərid Mirzabekov, Fuad Haşımi, Tural Üseynov (hər üçü MMA), Cabbar Mustafayev (kikboksinq), Elşən Yusubov (MMA) və Turan Əhmədov (MMA) döyüşlərini qələbə ilə başa vurublar. Ruslan Nağıyev və Mavlon Kakxorov (kikboksinq) arasında keçirilən döyüş isə heç-heçə başa çatıb.


28365 oxunub

InvestAZ