XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya çempionu dopinqə görə yarışlardan uzaqlaşdırıldı
İdman 13:09 / 23.12.2022

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) üçqat Olimpiya çempionu, çinli ağırlıqqaldıran Lyu Syaotszyunu antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq yarışdan kənarlaşdırıb. Lyu Syaotszyun oktyabr ayında dopinq testindən keçdiyi bildirilir. Testlərin nəticələrinə görə, idmançıda Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş dərman vasitələri siyahısına daxil edilən nümunədə eritropoietin (EPO) aşkar edilib. ITA tərəfindən idmançıya pozuntu barədə məlumat verilib və yarışdan kənarlaşdırılıb.

Xatırladaq ki, 38 yaşlı Lyu Syaotszyun 2012, 2016 və 2021-ci illərdə Olimpiya çempionu adını qazanıb. O, həmçinin beşqat dünya çempionudur.




23798 oxunub

InvestAZ