XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çingiz Hüseynzadə: "2022-ci ili uğurla başa vururuq"
İdman 13:15 / 21.12.2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdən sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərin sualların cavablandırıb.

Çingiz Hüseynzadə MOK rəsmisi İcraiyyə Komitəsinin iclasında cari ilin yekunlarının müzakirə edildiyini diqqətə çatdırıb: "İclasda eyni zamanda 2023-cü ildəki tədbirlər haqqında fikir mübadiləsi aparıldı. MOK-un 30 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyev bir sıra idmançıların və idman xadımlərinin mükafatlandırılması haqqında sərəncamlar imzalamışdı. Böyük fərəh hissi ilə həmin mükafatları təqdim etdik. Onların hamısını təbrik edirəm".

Vitse-prezident ilin idman yekunları barədə bunları deyib: «Bilirsiniz ki, 2020 və 2021-ci il dünyada pandemiya şəraiti ilə yadda qaldı. Pandemiyadan tam çıxmasaq da, 2022-ci ili uğurla başa vururuq. Şübhəsiz ki, koronavirusun ən çox zərbə vurduğu sahələrdən biri də idman olub. Başqa məsələləri dərhal əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Amma idmançının durumunu, onun formasını dərhal bərpa etmək mümkün deyil".

Daha sonra Çingiz Hüseynzadə 2023-cü ildə Polşada Avropa Oyunları və digər böyük yarışların da baş tutacağını diqqətə çatdırdı: "2024-cü ildə Fransanın paytaxtı Parisdə növbəti Yay Olimpiya Oyunları təşkil olunacaq. Bu turnirlərə hazırlıq baxımından 2022-ci il uğurlu olub".


24479 oxunub

InvestAZ