XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sərxan Hacıyev: “Dünya çempionatı bitsə də, futbol marafonu davam edir”
İdman 15:34 / 20.12.2022

"Qətərdə keçirilən dünya çempionatının çox maraqlı alındığını desək, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Xüsusilə, dekabrın 18-də keçirilmiş final oyunu hər bir futbolsevərin yaddaşında, yəqin ki, uzun illər unudulmayacaq xoş təəssüratlar yaratdı”.

Bu sözləri "Olimpiya dünyası” qəzetinə açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib.

S.Hacıyev texnoloji yeniliklərin mundialda uğurla tətbiq olunduğunu qeyd edərək çempionatın bu baxımdan hər kəsi təəccübləndirdiyi vurğulayıb.

"İstər təşkilati, istər komandaların mübarizəsi, istərsə də oyun keyfiyyəti baxımından gözəl bir turnir izlədik. Texnoloji yeniliklərin, VAR, ofsaydın müəyyənləşdirilməsi ilə bağlı tətbiq olunan yeni sistemin tətbiqi, xüsusi çiplərlə təchiz olunmuş topların istifadəsi müasir futbola yeni baxış bucağının formalaşdırılması baxımından əhəmiyyətli rol oynadı. VAR ötən mundialda da tətbiq olunmuşdu, amma hər turnirdə ortaya çıxan texnoloji yeniliklər bizi, sözün yaxşı mənasında, təəccübləndirməkdə davam edir. Dünya çempionatı sanki bir göz qırpımında keçdi. Daha bir böyük futbol bayramı yaşadıq. Lakin mundial başa çatsa da, bizi qarşıda digər turnirlər gözləyir. Dünya çempionatı bitsə də, futbol marafonu davam edir”, - deyə AFFA-nın baş katibi bildirib.


Azər Əlizadə 



30556 oxunub

InvestAZ