XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə kubokunun daha bir yarımfinalçısı müəyyənləşdi
İdman 21:22 / 19.12.2022

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısının adına aydınlıq gəlib. 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a 1:0 hesabı ilə qalib gələn "Səbail" adını növbəti mərhələyə yazdırıb. Görüşdəki yeganə qolun müəllifi 73-cü dəqiqədə fərqlənən qonaqların hücumçusu Qoba Zakpa olub.

"Dənizçilər" "ASK Arena"dakı ilk qarşılaşmada da rəqibini məğlub etmişdi - 3:2. Beləliklə, iki görüşün nəticəsinə əsasən mərhələ adlayan Mahmud Qurbanovun baş məşqçi olduğu kollektiv yarımfinalda "Qəbələ"yə rəqib olub.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.


25742 oxunub

InvestAZ