XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda keçirilən güləş üzrə beynəlxalq turnir başa çatdı
İdman 22:29 / 19.12.2022

Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq "Təhsil” turnirinə yekun vurulub. Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın sonuncu günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Bakı İdman Sarayında keçirilən turnirdə Rəvan Həsənzadə (48 kq), Ayxan Cavadov (55 kq), Murad Zeynalabdinov (65 kq), Orxan Hacıyev (80 kq), Mahir Qurbanlı (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edib.


30670 oxunub

InvestAZ