XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında 10-cu tur yekunlaşdı
İdman 12:58 / 19.12.2022

Azərbaycan Basketbol Liqasında 10-cu turun oyunları keçirilib. "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən turun açılış oyununda "Sərhədçi" və "Olimpik Şəki" basketbolçuları qarşılaşıb. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən "Sərhədçi" basketbolçuları rəqibi üzərində 99-80 hesablı qələbə qazanıb.

Turun növbəti görüşü "Neftçi” və "Sabah” komandaları arasında olub. Fəallıqları ilə fərqlənən "Sabah” basketbolçuları rəqib komanda üzərində 99-81 hesablı qələbəyə seviniblər.

Turun digər oyununda isə "AAAF Xırdalan” və "Gəncə” basketbolçuları üz-üzə gəliblər. Xırdalan təmsilçisi üstünlük nümayiş etdirərək 85-71 hesablı qələbə qazanıb və turnir cədvəlinin ilk pilləsinə şərik olub.

Turun sonuncu oyunu Astara Olimpiya İdman Kompleksində gerçəkləşib. "Zirvə Astara” doğma azarkeşlər önündə paytaxt təmsilçisi NTD-ni qəbul edib. Qarşılaşma Bakı komandasının 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.


24974 oxunub

InvestAZ