XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldıranlar ölkə kubokunda yarışacaqlar
İdman 11:45 / 19.12.2022

Dekabrın 21-23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək.

Federasiyadan verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətləri, klubları, mərkəzlərinin, UGİM-lərin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Yarışın təşkilində məqsəd ölkənin ağırlıqqaldırma üzrə ən yaxşı idman təşkilatlarını, ən yaxşı qadın və kişi idmançılarını aşkar etmək, ümidvericı idmançılardan ibarət əsas və ehtiyat qüvvələri müəyyən etməkdir. Həmçinin yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların turnirdə iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.


29988 oxunub

InvestAZ