XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Messidən yeni rekordlar
İdman 23:14 / 18.12.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub.

35 yaşlı forvard dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleni geridə qoyub.

O, buna fransızlarla görüşdə dubla imza atmaqla nail olub. Hazırda hesabında 13 qol olan Messi, Jüst Fontenlə birgə 4-cü ən məhsuldar futbolçudur. Dünya çempionatlarında ən çox qol vuran futbolçular isə Miroslav Kloze (16), Ronaldo Nazario (15) və Gerd Müllerdir (14).

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, mütləq rekordçuya çevrilib.

Messi həmçinin final oyununa çıxmaqla uzun illərdir ki, Lotar Matteusa məxsus olan rekordu da yeniləyib. Almaniya millisinin sabiq üzvü mundiallarda 25 oyuna çıxmışdı. 35 yaşlı hücumçu Lionel Messi isə mundiallar tarixində ən çox oyun keçirən futbolçu olub (26).


24599 oxunub

InvestAZ