XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Xarı bülbül” mövsümə iddialı başladı
İdman 16:09 / 15.12.2022

Kişi voleybolçular arasında Yüksək Liqada 2022/2023-ci il mövsümünə start verilib. Voleybol Mərkəzində keçirilən birinci turun ilk oyununda "Xarı bülbül” və MOİK komandaları üz-üzə gəliblər.

Qarşılaşma Şuşa təmsilçisi "Xarı bülbül”ün 3:0 (25:20, 28:26, 25:16) hesablı qələbəsi ilə başa çatıb.

Yüksək Liqada "Xarı bülbül”, MOİK ilə yanaşı, "Neftçi” və "Murov” komandaları da mübarizə aparacaqlar.

Kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.


26404 oxunub

InvestAZ