XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Birlikdə üzək” adlı üzgüçülük yarışı keçiriləcək
İdman 12:45 / 15.12.2022

Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi Azərbaycanda eyni vaxtda 30 idman kompleksində "Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək. Nazirliyin mətbuat xidmətindənverilən məlumata görə, yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.

Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. Otuz dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.

Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Yarışlar dekabrın 24-26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.


31296 oxunub

InvestAZ