XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Voleybol üzrə ölkə çempionatı sabah başlayır
İdman 14:37 / 14.12.2022

Dekabr 15-də voleybol üzrə Azərbaycan çempionatının 2022-2023-cü illər mövsümünə start veriləcək. Federasiyadan verilən məlumata görə, mövsümün ilk oyunu kişi voleybolçular arasında Yüksək Liqanın debütant klubu olan "Xarı bülbül” və MOİK komandası arasında olacaq. Görüş saat 14:00-da start götürəcək. Ardınca həm qadın, həm də kişi voleybolçuların çempionatlarının rəsmi açılış mərasimi təşkil olunacaq.

Ötən illərdən fərqli olaraq bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında "Azərreyl”, "Abşeron”, "Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, "Neftçi” "Murov” və mədəniyyət paytaxtımız Şuşanı təmsil edəcək "Xarı bülbül” qüvvəsini sınayacaq.

Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən müəyyənləşəcək.

Çempionatların açılış mərasimi və oyunlar "Voleybol Mərkəzi”də keçiriləcək.

Dekabrda, həmçinin qadınlar və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.

Qeyd edək ki, həmin gün kişi voleybolçulardan ibarət "Murov" klubunun avrokubok matçı da baş tutacaq. Saat 18:00-da başlanacaq bu qarşılaşmada rəqib Niderlandın "Orion" kollektivi olacaq. Cütün Niderlandda keçirilmiş ilk oyununda təmsilçimiz məğlub olmuşdu.

15 dekabr (proqram)

Azərbaycan çempionatı Yüksək liqa (kişilər)

14:00. "Xarı bülbül” - MOİK (I tur)

16:00. Azərbaycan çempionatının rəsmi açılış mərasimi

Çelenc kubokunun 1/8 final mərhələsi

18:00. "Murov” - "Orion”


24786 oxunub

InvestAZ