XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: “Addımlarımız səmərəli və qətiyyətli olmalıdır”
İdman 12:26 / 14.12.2022

"Avropa Gimnastikasının prezidenti kimi mənə göstərilən etimada görə hamınıza minnətdarlığımı bildirirəm. Dördillik planı nəzərdən keçirdik və qarşıda duran məqsədlər hamımıza aydındır”.

Bunu gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilməsi və gələcək planları barədə qurumun rəsmi saytındakı qeydində yazıb.

Bildirib ki, qarşıda qısa Olimpiya dövrü var və bundan maksimum yararlanmaq lazımdır: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır. Birlik və harmoniya şəraitində çalışsaq, buna nail ola bilərik. Əminəm ki, yeni komanda ilə gimnastların mənafeyi naminə bu idman növünün şəraitini və mühitini daha da yaxşılaşdıra biləcəyik”.

Qeyd edək ki, F.Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir.


23415 oxunub

InvestAZ