XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Premyer Liqasında daha iki oyun
İdman 10:43 / 14.12.2022

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha 2 oyunu keçiriləcək. Günün ilk oyunu Gəncədə təşkil olunacaq.Çempionatın 9-cu pilləsində yer alan "Kəpəz” komandası ikinci pillədə qərarlaşan "Sabah"I qəbul edəcək. Bu komandalar indiyədək ölkə çempionatında yalnız 1 dəfə qarşılaşıblar. Mövsümün ilk dövrəsinə təsadüf edən qarşılaşmada "Sabah"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son oyununda isə 9 xalla sonuncu pillədə qərarlaşan "Sumqayıt" 10 xalla 8-ci olan "Səbail"i qəbul edəcək. Bu, iki kollektivin Premyer Liqada yubiley - 20-ci dueli olacaq. Əvvəlki 19 matçın 9-da "gənclik şəhəri" təmsilçisi, 7-də isə "dənizçilər" sevinib. 3 görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, XVII turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyunu ilə yekun vurulacaq.


26874 oxunub

InvestAZ