XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Malta sınağı üç medalla yadda qaldı
İdman 17:23 / 13.12.2022

Azərbaycan badmintonçuları Maltanın Kospikua şəhərində keçirilən "Future” seriyalı "Malta International 2022” turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Millinin lideri, kişi badmintonçuların şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti Edi Reski Dviçayo müvafiq kateqoriyada qızıl medala layiq görülüb.

Mübarizəyə 1/16 finaldan başlayan badmintonçumuza finala gedən yolda Sloveniya, İtaliya, Litva və Hindistanı təmsil edən rəqiblərinə qalib gəlmək üçün 2 set kifayət edib. Edinin bolqarıstanlı Dimitar Yanakievlə həlledici görüşü 3 set davam edib. Badmintonçumuz ilk setdə 21:19 hesablı üstünlük əldə etsə də, rəqib ikinci hissədə 21:17 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Son setdə 21:14 hesabı ilə qalib gələn Edi Reski Dviçayo "Malta International 2022” turnirini qalib kimi başa vurub.

Kişi badmintonçuların qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi Niderland, Portuqaliya və Almaniyanı təmsil edən idmançılara qalib gələrək finala yüksəlib. Edi-Ezmi qoşasının həlledici görüşdə də rəqibləri alman badmintonçuları olub. Hər iki setdə rəqiblərindən geri qalan kişi badmintonçularımız (20:22,15:22) qoşa yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.

Qadınların qoşa yarışında isə qazancımız bürünc medal olub. Era Maftuha-Fatimə Zəhrə yarımfinala kimi Niderland və Macarıstan badmintonçularını məğlub etsə də, finala yüksəlmək uğrunda keçirilən görüşdə alman həmkarlarına 0:2 (8:21, 11:21) hesabı ilə uduzaraq, turniri 3-cü sırada başa vurub.


27683 oxunub

InvestAZ