XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qızıl top" mükafatı üçün əsas namizədlər açıqlanıb
İdman 12:06 / 13.12.2022

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub. Siyahının birinci pilləsində Fransa PSJ-sində çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi qərarlaşıb.

Onun Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe ikinci, İngiltərə "Mançester Siti"sindən Erlinq Holann üçüncü sıradadır.

İlk "10-luğ"u İspaniyanın "Atletiko" (Madrid) komandasında çıxış edən Antuan Qrizman qapayır.

1. Lionel Messi (PSJ, Fransa)

2. Kilian Mbappe (PSJ, Fransa)

3. Erlinq Holann ("Mançester Siti", İngiltərə)

4. Neymar (PSJ, Fransa)

5. Robert Levandovski ("Barselona", İspaniya)

6. Vinisius Junior ("Real Madrid", İspaniya)

7. Kevin De Brüyne ("Mançester Siti", İngiltərə)

8. Məhəmməd Salah ("Liverpul", İngiltərə)

9. Xviça Kvaratsxeliya ("Napoli", İtaliya)

10. Antuan Qrizman ("Atletiko", İspaniya)

Qeyd edək ki, "Qızıl top" mükafatını 2022-ci ildə "Real Madrid"in və Fransa millisinin hücumçusu Kərim Benzema qazanıb.


26591 oxunub

InvestAZ