XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Badmintonçumuz Estoniyada fərqləndi
İdman 11:44 / 13.12.2022

Uşaq və yeniyetmə badmintonçularımız Estoniyanın Tartu şəhərində keçirilən "Yonex Estonian Youth International 2022” turnirində çıxışlarını başa vurublar. Təmsilçilərimizdən ən yüksək nəticəyə Məhəmməd Hacızadə imza atıb. M.Hacızadə 11 yaşadək oğlanların şəxsi yarışında turnirin yarımfinalına kimi irəliləməyi bacarıb. Badmintonçumuz həm finala yüksəlmək, həm də 3-cü yer uğrunda keçirilən görüşlərdə eston rəqiblərinə uduzaraq dördüncü olub. Bu yaş kateqoriyası üzrə oğlanların qoşa yarışında isə qrup mərhələsində latviyalı Oskar Bajarsla birgə mübarizə aparan təmsilçimiz ikinci olub.



24902 oxunub

InvestAZ