XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz Avropa çempionatına Türkiyədə hazırlaşacaq
İdman 15:41 / 13.12.2022

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi ilin son təlim-məşq toplanışı üçün Türkiyənin Yalova şəhərinə yollanıb.

Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışda 10 tennisçi iştirak edəcək.

Bunlar Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Toğrul Məhəmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Arzu Aslanovadır. Seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bu gün start veriləcək hazırlıq prosesi dekabrın 23-də yekunlaşacaq. Toplanış çərçivəsində yerli idmançılarla yoxlama görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan millisi 27 aprel – 7 may tarixlərində də Yalova şəhərində təlim-məşq toplanışı keçib.


25649 oxunub

InvestAZ