XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qılıncoynadanımız Qran-Pridə 5-ci oldu
İdman 10:36 / 13.12.2022

Fransanın Orlean şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri yarışı keçirilib. Turnirin reytinq favoritlərindən sayılan Anna Başta mübarizəyə əsas mərhələdən başlayıb. İlk görüşündə Qazaxıstan təmsilçisi Tatyana Prixodkoya 15:11 hesabı ilə qalib gələn Anna növbəti görüşündə fransalı rəqibi Faustin Klapieri 15:12 hesabı ilə məğlub edib. Qılıncoynadanımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Fransa sablyaçısı Anne Poupinetdən üstün olub-15:9. Başta yarımfinal uğrunda keçirilən görüşdə İtaliya qılıncoynadanı Çiara Mormileyə 10:15 hesabı ilə uduzaraq yekun sıralamada turnir cədvəlinin 5-ci sırasında yer alıb.

Digər sablyaçılarımızdan Valeriya Bolşakova və Palina Kaspiaroviç də təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksəlməyi bacarıb.

Valeriya 16-lığa kimi irəliləməyi bacarıb. Bolşakova ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşlərdə yapon və çinli rəqiblərinə qalib gəlsə də, 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Emura Misakiyə (Yaponiya) 7:15 hesabı ilə uduzub. Misaki final mərhələsinin ilk görüşündə digər təmsilçimiz Palina Kaspioroviçə 15:12 hesabı ilə qalib gəlib.

Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova isə mübarizəni təsnifat mərhələsində dayandırıb. Səbinə qrup səddini uğurla adlasa da, ilk pley-off görüşündə məğlub olub. Sevil Bünyatova və Zərifə Hüseynova isə təsnifat mərhələsinin pley-offuna yüksələ bilməyib.


26816 oxunub

InvestAZ