Ər-Riyadda uğur qazanan parataekvondoçularımız Vətənə qayıdıblar
İdman 14:47 / 12.12.2022
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda parataekvondo üzrə Qran-prinin final mərhələsində 2 qızıl medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb. Bu seriyada ilin son yarışını uğurla başa vuran yığmamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, parataekvondo və taekvondosevərlər qarşılayıblar.
29120 oxunub