XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
İdman 21:30 / 11.12.2022
Ötən həftəsonu qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları keçirilib. Üçüncü turun ilk matçında meydançaya "Azəryol” və "Qarabağ” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 top fərqi il önə keçən "Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib. Qarşılaşma 33:30 hesabı ilə sonuncunun xeyrinə başa çatıb. U-16 – "İdman Akademiyası” kollektivlərinin görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran "tələbələr”dən ibarət komanda qalan vaxtda üstünlüyü daha da artırıb - 47:21.


31335 oxunub

InvestAZ