İdman 19:46 / 11.12.2022
Dekabrın 8-dən 10-dək Almaniyanın Leverkuzen şəhərində bədii gimnastika üzrə 4-cü "Qış kuboku” keçirilib.
Yarışda ölkəmizi yığma komandamızın üzvü Alina Məmmədova, Leyli Ağazadə
və Fidan Ələddinova təmsil edib.
Komandamızın üzvü Alina Məmmədova topla hərəkətlərin icrasında uğurla çıxış
edərək gümüş medal qazanıb.
Digər bədii gimnastımız Leyli Ağazadə yarışların qızıl medalına layiq görülüb. Milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.