XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Beşqat dünya çempionları mundialla vidalaşdı
İdman 22:00 / 09.12.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında yarımfinalın ilk iştirakçısının adına aydınlıq gəlib. Bu 1/4 finalda Braziliyaya penaltilər seriyasında qalib gələn Xorvatiya millisidir. Matçın ilk 90 dəqiqəsində tərəflərdən heç biri fərqlənə bilməyiblər.

Matçın əlavə dəqiqələrində "sambaçılar” hesabı açıblar. 105+1-ci dəqiqədə Neymar fərqlənib. 117-ci dəqiqədə isə "damalılar” Bruno Petkoviçin qolu ilə hesabdakı tarazlığı bərpa edib – 1:1.

Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Ötən mərhələdə olduğu kimi, Xorvatiya millisi bu dəfə də penaltilərdə üstün olub. Beşqat dünya çempionlarını 4:2 hesabı ilə məğlub edən Zlatko Daliçin komandası adını yarımfinala yazdırıb.

"Damalılar” finala vəsiqə uğrunda oyunda bu gün keçiriləcək Niderland - Argentina cütünün qalibi ilə qarşılaşacaq.


35214 oxunub

InvestAZ