XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Son çempion kubok oyununda heç-həçə etdi
İdman 23:14 / 08.12.2022

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Turnirin son qalibi "Qarabağ” "Qəbələ”ni qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb.

"Azersun Arena”da təşkil olunacaq görüşdə hesabı qonaqlar açıblar. 25-ci dəqiqədə Emil Səfərov fərqlənib. Birinci hissə "Qəbələ”nin üstünlüyü ilə yekunlaşıb. 56-cı dəqiqədə hesabı bərabərləşdirən Musa Qurbanlı 84-cü dəqiqədə komandasını önə keçirib. Görüşdə son nöqtəni isə Omar Hani qoyub. İordaniyalı yarımmüdafiəçi 87-ci dəqiqədə vurduğu topla "Qəbələ”ni məğlubiyyətdən xilas edib.

Bu komandalar arasında cavab oyunu dekabrın 19-da təşkil olunacaq.


31312 oxunub

InvestAZ