XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız “Masters” turnirinə Antalyada hazırlaşırlar
İdman 22:56 / 08.12.2022

Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir. Dekabrın 15-dək davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli komandanın 15, qadınlardan milli yığmamızın isə 8 cüdoçusu iştirak edir. İdmançılarımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edir.

Təlim-məşq toplanışı dekabrın 20-22-də İsrailin paytaxtı Qüds şəhərində keçiriləcək "Masters” turnirinə hazırlıq məqsədi daşıyır.


32535 oxunub

InvestAZ