XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Həndbolçularımız hazırlığa başladılar
İdman 19:47 / 08.12.2022

Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb.

"AHF Arena"da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.

Məşqlərə yığmanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynov rəhbərlik edir.

Dekabrın 8-də Gürcüstana yollanacaq milli komanda toplanışın növbəti mərhələsini qonşu ölkədə keçirəcək. Dekabrın 16-dək davam edəcək hazırlıq prosesində "Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya yığması ilə görüşəcək həndbollçular yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcək. Oyunlar Bakı İdman Sarayında keçiriləcək.



25296 oxunub

InvestAZ