XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakı Texniki Kollecinin komandası gümüş medala sahib çıxdı - FOTO
İdman 15:47 / 08.12.2022

Universitet və kolleclər arasında keçirilən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfər kuboku” turnirinə yekun vurulub. 8 komandanın iştirak etdiyi yarışda Bakı Texniki Kollecinin tələbələri də iştirak ediblər. 1/4 finalda Azərbaycan Tibb Universitetinin komandasına 6:2 hesabı ilə qalib gələn kollec təmsilçiləri növbəti mərhələdə Memarlıq və İnşaat Kollecindən güclü olub -2:1. Final görüşündə isə Azərbaycan Neft və Sənaye Universitetinin komandasına 4:2 hesabı ilə məğlub olan BAkı Texniki Kollecinin komandası ikinci yerə layiq görülüb.

Yarışın qalibləri diplom və medallarla təltif olunublar.

Bu uğurların qazanılmasında kollecin Bədən Tərbiyəsi rəhbəri sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Aydın Kazımbəyovun müstəsna rolu var. Belə ki, kollecin komandası məhz Aydın Kazımbəyovun rəhbərliyi altında bu turnirdə uğurla çıxış edib.

Qeyd edək ki, Bakı Texniki Kollecinin komandası daha əvvəl də A.Kazımbəyovun rəhbərliyi altında belə yarışlarda qalib və mükafatçılar sırasında yer alıb.

Azər

27693 oxunub

InvestAZ