XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Karateçilərimiz İtaliyada mübarizə aparacaq
İdman 10:38 / 08.12.2022

Karate üzrə milli komandanın 19 üzvü İtaliyanın Jesolo şəhərində rəsmi və beynəlxalq turnirdə iştirak edəcək. Böyüklər, 21 yaşadək gənclər arasında keçiriləcək XXX "Venice Cup” turnirində millimizin iki üzvü iştirak edəcək. Yarışda 42 ölkədən 1011 karateçi və para-karateçi qüvvəsini sınayacaq. Dekabrın 9-11-də Jesoloda "Karate1 Youth League” turnirində isə yığmamızın 17 karateçisi 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı gənclər arasında yarışda mübarizə aparacaqlar.

İdmançıları 16-17 yaşlı gənclərin böyük məşqçisi, Əməkdar məşqçi Seymur Xudaverdiyev müşayiət edəcək. Beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev "Karate1 Youth League” turnirinin referiləri arasında olacaq.

Nüfuzlu yarışda 58 ölkədən 2660 idmançı iştirak edəcək.


Azər
26266 oxunub

InvestAZ