XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şəkidə gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək
İdman 15:43 / 07.12.2022

Sabah Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlara start veriləcək. Dekabrın 11-dək davam edəcək yarışlar çərçivəsində idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi baş tutacaq.

İndiyədək ölkəmizin müxtəlif bölgələrində gimnastika növləri üzrə yarışları təşkil edən AGF ötən illərdən fərqli olaraq birgə yarışları ilk dəfə paytaxt Bakıda deyil, məhz bölgədə təşkil edəcək.

Dekabrın 9-da yarışların açılış mərasimi zamanı tamaşaçılara dünyaşöhrətli gimnastika ulduzlarının ifasında qala-şou təqdim olunacaq. İdmançılar təqdim edəcəkləri maraqlı nümunəvi çıxışları ilə azarkeşlərə öz ustalıqlarını nümayiş etdirəcəklər. Bu münasibətlə ölkəmizə təşrif buyuracaq idmançılar arasında qadın idman gimnastikası üzrə Böyük Britaniya yığmasını təmsil edən əslən azərbaycanlı Cessika (ikiqat Avropa çempionu, dünya çempionatının qızıl və ikiqat bürünc mükafatçısı, Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı) və Cenifer Qədirova (Tokio Olimpiya Oyunlarının komanda hesabında bürünc mükafatçısı, Avropa çempionatının komanda hesabında gümüş mükafatçısı) bacıları, kişi idman gimnastikası üzrə Tokio Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, türkiyəli Ferhat Arıcan, bədii gimnastika üzrə italiyalı dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Milena Baldassarri, akrobatika gimnastikası üzrə İsrailin kişi qrupunun üzvləri Amir Daus, Tomer Offir (dünya çempionatının bürünc mükafatçıları), Or Abraham (gənclər arasında Avropa çempionu), Rotem Amihai və dünya yaş qrupları yarışının qalibləri Yonatan Fridman və Amy Refaelidən ibarət qarışıq cütlük yer alıblar.


24811 oxunub

InvestAZ