XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mərakeşli qapıçı mundiallar tarixinə düşdü
İdman 11:10 / 07.12.2022

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/8 finalında İspaniya yığmasını penaltilər seriyasında məğlub edən (3:0) Mərakeş millisinin qapıçısı Yassin Bunu mundiallar tarixinə adını yazdırb. Oyunun əsas vaxtı qolsuz heç-heçə ilə başa çatdığından qalibin adına onbirmetrlik cərimə zərbələrindən sonra aydınlıq gəlib. Penalti zərbələrini məharətlə qaytaran mərakeşli qolkiper Yassin Bunu dünya çempionatları tarixində onbirmetrlik cərimə zərbələri seriyasında top buraxmayan ikinci qapıçı adına sahib olub. Bu uğura 2006-cı ildə Almaniyada təşkil olunan mundialda ilk dəfə ukraynalı qolkiper Aleksandr Şovkovskiy imza atıb. Həmin vaxt Ukrayna millisi penalti seriyasında İsveçrə yığmasını məğlub edərək dörddəbir finala yüksəlmişdi.

Mərakeş seçməsi dörddəbir finalda Portuqaliya yığması ilə üz-üzə gələcək.


Azər

25938 oxunub

InvestAZ